YAP Gənclər Birliyinin Ofisində “Siyasi debat” klubunun açılış mərasimi olub
24.09.2015 [12:32]
Mübariz Qurbanlı: YAP-ın sıralarında yüksək bilik və bacarığa, intellektə sahib olan gənclər birləşiblər
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində “Siyasi debat” klubunun açılış mərasimi olub. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, YAP Gənclər Birliyi hər il gənclər üçün maraqlı olan müxtəlif layihələrlə çıxış edir. S.Orucovun sözlərinə görə, YAP Gənclər Birliyinin növbəti “Siyasi debat” adlı layihəsində iştirak etmək üçün 370 gənc müraciət edib: “Layihəyə seçim üç mərhələdən ibarət oldu. İlkin mərhələdə qeydiyyatdan keçənlərin 78 nəfəri ikinci mərhələyə keçdi. Seçimin ikinci mərhələsində isə YAP Gənclər Birliyinin koordinatorları 35 gəncə layihədə iştirak etmək üçün vəsiqə verib. İştirakçılarımızın hər biri ingilis və rus dillərində sərbəst danışdıqları üçün dil biliklərini nəzərə alaraq layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici təlimçilər də dəvət olunublar”.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihə iştirakçılarına uğurlar arzulayıb. YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrin ölkə gəncləri tərəfindən maraqla qarşılandığını deyən M.Qurbanlı “Siyasi debat” layihəsinin də böyük maraq doğuracağına əminliyini bildirib. M.Qurbanlı qeyd edib ki, layihənin paytaxt Bakı ilə yanaşı, bölgələrdə də həyata keçirilməsi vacib məsələdir. Onun sözlərinə görə, YAP-ın sıralarında yüksək bilik və bacarığa, intellektə sahib olan gənclər birləşiblər: “Bu gənclər həm də gələcəyin peşəkar siyasətçiləridir. Hazırda dövlət idarəçiliyində gənclər daha çox irəli çəkilirlər. Eyni zamanda, seçkili orqanlarda da gənclər təmsil olunurlar. Son bələdiyyə seçkilərində xüsusilə gənclərin təmsilçiliyi xeyli artaraq 30 faizdən çox olub. Gələcəyin siyasətçiləri üçün, təbii ki, siyasi debat qaydalarını öyrənmək vacibdir. Çünki natiqlik qabiliyyəti insanların, seçicilərin diqqətini özünə cəlb etmək baxımından önəmlidir. Tarixdən də məlumdur ki, parlamentlərdə güclü natiqlik qabiliyyətinə malik şəxslər böyük nüfuz sahibi olublar”.
M.Qurbanlının fikrincə, YAP Gənclər Birliyinin “Siyasi debat” layihəsi gənclər üçün faydalı olacaq. O, siyasi debatlarla bağlı öz təcrübəsini gənclərlə bölüşüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva da çıxış edərək siyasi debat qaydalarının öyrənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənclər debata çıxarkən müəyyən olunmuş mövzu haqda geniş məlumata malik olmalıdırlar. Belə olan təqdirdə, üstünlük həm geniş məlumata sahib olan, həm də yüksək nitq mədəniyyətinə malik olan tərəfdə olacaq.
S.Fətəliyeva qeyd edib ki, ictimai-siyasi proseslərdə gənclərin mövqeyinə, aktivliyinə daim ehtiyac var: “Gənclər ölkənin avanqard hissəsini təşkil edirlər. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Təbii ki, bu uğurlarda, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var”.
Sevinc Fətəliyeva son olaraq layihədə iştirak edən bütün gənclərə müvəffəqiyyət arzu edib.
Tədbirdə layihənin iştirakçısı olan gənclər də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi siyasətə marağı olan gənclərə siyasətin incəliklərini aşılamaq, onların beynəlxalq miqyasda, ölkələr arasında baş verən siyasi gedişatlara düzgün rəy vermələrini təmin etməkdir.
Layihə çərçivəsində təlim və seminarların keçirilməsi ilə yanaşı, müxtəlif siyasi oyunlar, “dəyirmi masa”lar, beynəlxalq debat klubunun üzvləri ilə virtual olaraq onlayn debat aparmaq imkanları olacaq. Layihəni uğurla başa vurmuş gənclər arasından imtahan və müsahibə yolu ilə bir qrup gənc seçiləcək ki, gələcəkdə onlar Azərbaycanı istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda debatlarda təmsil edəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

