Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Goranboy rayon təşkilatının da Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

YAP Goranboy rayon təşkilatının da Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

10.10.2015 [12:31]

Noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq seçkilərdə iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün seçkilərdə öz fəallığı ilə seçilən və qələbələr partiyası kimi xarakterizə olunan Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları müəyyən olunmuş tədbirlərin reallaşdırılması istiqamətində öz işlərini davam etdirirlər.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatının da Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Seçki Qərargahından verilən məlumata görə, rayon ərazisində 2 seçki dairəsi fəaliyyət göstərir. YAP tərəfindən 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Xaləddin Həsən oğlu Həsənovun, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsində isə Ağalar İsrafil oğlu Vəliyevin namizədliyi irəli sürülüb. Oktyabrın 9-da YAP Goranboy rayon təşkilatının Seçki Qərargahının üzvləri və təbliğatçılar partiya tərəfindən irəli sürülmüş namizədlərin portretlərini və təbliğat şüarlarını təbliğat lövhələrinə vurublar.

Paylaş:
Baxılıb: 884 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31