Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tovuz rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasını uğurla həyata keçirir

YAP Tovuz rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasını uğurla həyata keçirir

10.10.2015 [12:33]

Noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin təşviqat kampaniyasına Tovuz rayonunda da uğurla start verilib. Belə ki, YAP Tovuz rayon təşkilatının Seçki Qərargahının fəalları və gənclər 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələrindən deputatlığa namizədlikləri irəli sürülmüş Məmmədhəsənov Rafiq Musa oğlu, Yusifova Rahilə Oruc qızı və Qəhrəmanov Canpolad Kamayıl oğlunun təbliğat plakatlarını bütün seçki məntəqələrinin ərazisində yerləşdirilmiş lövhələrdə asıblar. Oktyabrn 10-dan etibarən isə qrafik üzrə deputatlığa namizədlərin seçicilərlə görüşlərinə başlanılacaq.
YAP Tovuz rayon təşkilatı və Seçki Qərargahının sədri Məzahir Bayramovun sözlərinə görə, Seçki Qərargahı bu günə qədər partiyanın İcra Katibliyi tərəfindən verilmiş tapşırıq və tövsiyələri müvəffəqiyyətlə yerinə yetirib və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün uğurlu fəaliyyət göstərib. O deyib ki, rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasını da uğurla başa vurmaq əzmindədir və bütün gücünü bu istiqamətdə səfərbər edib. Görülən işlər isə bu seçkilərin də partiyamızın qələbəsi ilə nəticələnəcəyinə əminlik yaradır.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31