Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğatına uğurla başlanılıb
10.10.2015 [12:44]
Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir. Artıq oktyabrın 9-dan seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib.
Bununla əlaqədar olaraq, partiyanın rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər. Qeyd edək ki, YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Nərimanov rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.
YAP Nərimanov rayon təşkilatının sədri, Seçki Qərargahının rəhbəri Təmraz Tağıyev bildirib ki, artıq rayon ərazisində partiyanın namizədlərinin təbliğat plakatları müvafiq yerlərdə ayrılmış lövhələrə vurulub. Belə ki, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Hikmət Baba oğlu Məmmədovun təbliğat plakatları xüsusi ayrılmış lövhələrə vurulub. Onun sözlərinə görə, bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. “Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası YAP namizədlərinin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb. Biz kampaniya müddətində namizədlərin təbliğatını fəal şəkildə aparacağıq”, - deyə T.Tağıyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

