Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin seçicilərlə görüşü keçirilib

YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin seçicilərlə görüşü keçirilib

19.10.2015 [10:12]

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən namizədlərin seçicilərlə görüşləri uğurla davam edir. Dünən YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədi Tahir Mirkişili seçicilərlə növbəti görüş keçirib.
Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, YAP-ın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “1993-cü ildə Azərbaycan məhv olmaq təhlükəsində idi. Bu gün isə Cənubi Qafqaz regionunun lider dövlətidir. Ulu öndərimizin əsasını qoyduğu inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxış edən 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən YAP-ın namizədi olan Tahir Mirkişili bildirib ki, qazanılan nailiyyətlərin əsasında xalqımızın ölkə Prezidentinin yürütdüyü siyasi kursa inamı və dəstəyi dayanır. Ölkə başçısı tərəfindən yürüdülən düşünülmüş siyasət xalqımızın sosial rifahının yüksəlməsinə, yoxsulluğun kəskin azalmasına yol açıb: “Bu bütövlükdə Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər. Prezident İlham Əliyevin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30