Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Muxtar Babayevin seçicilərlə görüşü keçirilib

Muxtar Babayevin seçicilərlə görüşü keçirilib

24.10.2015 [11:49]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Muxtar Babayev şəhərin 42-ci məhəlləsində seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, seçicilər YAP Sumqayıt şəhər təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə fəal iştirak edirlər. Bu fəallıq isə seçicilərin noyabrın 1-də məhz YAP-ın namizədlərinə səs verəcəklərini deməyə əsas verir.
Çıxış edən YAP-ın namizədi Muxtar Babayev bildirib ki, son illərin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin ölkəmizi inkişaf etdirməyə yönələn strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən məharətlə və çox uğurla davam etdirilib: “Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifah halının yaxşılaşmasına, iqtisadiyyatın və aqrar sektorun inkişaf etdirilməsinə yüksək töhfələr verib. Mən əminəm ki, Sumqayıt seçiciləri noyabrın 1-də gələcəyimizi, inkişafı hədəfləyən bu siyasətin davamına səs verəcəklər”.
Çıxış edən namizədin vəkilləri M.Babayevin millət vəkili kimi ötən beş ildəki fəaliyyətini yüksək qiymətləndiriblər. Tədbirdə iştirak edən seçicilər YAP-ın dövlətçilik maraqlarına xidmət edən bir partiya olduğunu və noyabrın 1-də məhz YAP-ın namizədi olan Muxtar Babayevə səs verəcəklərini dilə gətiriblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30