Ölkəmizdə YAP-la rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur
24.10.2015 [12:00]
YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədi Ağalar Vəliyev Tərtər rayonunun Sarov kəndində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiya tərəfindən YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədi Ağalar Vəliyevin Tərtər rayonunun Sarov kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin uğurlarından danışıb.
Çıxışında həmçinin noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri barədə də danışan Ramiz Şabanov bildirib ki, bu seçkilərdə də tərtərlilərin YAP-ın namizədini dəstəkləyəcəyinə kimsə şübhə etmir: “Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Eyni zamanda, bu quruculuq siyasətinin həyata keçirilməsində YAP özünəməxsus rol oynayıb”.
O qeyd edib ki, YAP yarandığı gündən müstəqil Azərbaycanın qüdrətlənməsi üçün ardıcıl siyasət yeritdiyindən ümumxalq partiyasına çevrilib, bu mənada onunla rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur.
Daha sonra Ağalar Vəliyevin vəkilləri Rəxşəndə Abdullayeva və Nigar Əliyeva onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Vəkillər Ağalar Vəliyevin ölkədə və ölkədən xaricdə tanınan insanlardan olduğunu vurğulayaraq, namizədin regionda görülən tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıblar. Onlar tərtərli seçiciləri 1 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd deyib ki, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu daha da artıb: “Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirməkdədir. Təbii ki, əldə edilən bu uğurlarda Yeni Azərbaycan Partiyasının da payı var. Ümumiyyətlə, YAP Azərbaycan xalqının istək və arzularının ifadəçisi kimi çıxış edir”.
Öz növbəsində seçicilər Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd edərək, seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər.
Sonda Ağalar Vəliyev kənd sakinlərini maraqlandıran sualları cavablandırıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

