/ / Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında YAP Gənclər Birliyinin fəalları ilə görüş keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında YAP Gənclər Birliyinin fəalları ilə görüş keçirilib
04.03.2016 [10:23]
Dünən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fəalları ilə görüş keçirilib.
Əvvəlcə YAP gəncləri təşkilatın inzibati binasında yaradılmış iş şəraiti ilə tanış olublar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev tədbiri açaraq YAP Gənclər Birliyinin sıralarında Azərbaycan dövlətçiliyinə ən sədaqətli və vətənpərvər gənclərin birləşdiyini deyib. O bildirb ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılan YAP Gənclər Birliyi ötən 21 il ərzində şərəfli və uğurlu yol keçib. Təşkilat sədri ölkəmizin qazandığı nailiyyətlərdə gənclərin də rolunu qeyd edərək, bu uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qayğısının və etimadının dayandığını vurğulayıb.
D.Rzayev rəhbərlik etdiyi təşkilatın gənclərin hərbi-vətərpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişməsi üçün ardıcıl iş apardığını vurğulayıb. “Azərbaycan Ordusu torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir” - deyən D.Rzayev qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu yaradılıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvəsidir. “Hazırda sülh danışıqları davam edir. Dövlətimiz yenidən müharibə, qan tökülməsini istəmir. Amma torpaqlarımızın işğal altında qalması ilə də barışa bilmərik. Əgər Ermənistan xoşluqla torpaqlarımızı azad etməsə, onda ordumuzun gücünü görəcək. Sevindirici haldır ki, gənclərimizdə vətənpərvərlik hissləri çox yüksəkdir. Belə gənclərimizlə formalaşan ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir” - deyə D.Rzayev vurğulayıb.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov gənclərin hər zaman yaşlı insanların, o cümlədən veteranların tövsiyələrinə ehtiyacı olduğunu bildirib. O deyib ki, YAP Gənclər Birliyi bundan sonra yaşlı nəslin nümayəndələri ilə, xüsusilə Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri ilə müntəzəm olaraq görüşməyi nəzərdə tutur. Çünki bu insanların keçdiyi yol gənclər üçün örnəkdir. “Azərbaycan dövləti gənc nəslin intellektual və vətənpərvər ruhda formalaşması üçün lazım olan bütün addımları atır. Dövlət gənclər siyasətində bu amillər xüsusi yer tutur” - deyən S.Orucov qeyd edib ki, azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, müasir dövrdə, qloballaşma şəraitində hər bir ölkənin inkişaf siyasətinin əsasında dayanan faktorlardan biri də gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. “Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məqamları ifadə edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. YAP Gənclər Birliyinin çoxminli üzvləri də fəaliyyətlərində məhz bu amillərə böyük önəm verirlər” - deyə S.Orucov qeyd edib.
Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə uğurlu gənclər siyasətinin keçirildiyini, eləcə də əmək və müharibə veteranlarına yüksək dövlət qayğısının olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər iki amil dövlət siyasətinin ümumi tərkib hissəsidir. Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsinin mühüm yer tutduğunu deyən DSMF sədri çıxışında müharibə və əmək veteranlarına dövlət qayğısı, onların pensiya təminatı haqqında geniş məlumat verib. “Dövlətimiz müharibə və əmək veteranlarının sosial müdaifəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır”, - deyən E.Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyevin siyasətində bu kateqoriyalı insanlara xüsusi önəm verilir. Onun sözlərinə görə, hər il dövlət başçısının veteranlarla görüşü bu diqqətin nümunəsidir. “Ölkəmizdə müharibə və əmək veteranlarının pensiya təminatı da daim yaxşılaşdırılır. Onlar üçün xüsusi təqaüdlərin, birdəfəlik yardımların verilməsi buna nümunədir. Ümumilikdə, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman mühüm yer tutur” - deyə E.Mehdiyev vurğulayıb.
Böyük Vətən Müharibəsi veteranları Fatma Səttərova, Bəkir Məmmədov, Abdulağa Cavadov, tədqiqatçı-jurnalist, professor Musa Bağırov və digərləri çıxış edərək döyüş xatirələrindən danışıblar, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bugünkü gənclərimiz onların təhsil almaları üçün yaradılan gözəl şəraitdən, firavan həyatdan faydalanaraq əsl vətənpərvər şəxslər kimi yetişməlidirlər.
Tədbirin sonunda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki roluna görə bir qrup şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından “Veteran həmrəyliyi” medalı və fəxri fərmanlarla təltif olunublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

