Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir
30.03.2016 [11:15]
Nəzrin Mehdiyeva: YAP tərəfindən təqaüdə layiq görülməyim məni çox sevindirir
Azərbaycanın sürətli inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Tələbə-gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.
Eyni zamanda, bu gün ölkəmizin inkişafın özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü alanların sayı 43 nəfərdir və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsindən qürur duyduqlarını bildiriblər.
YAP-ın təqaüdünü alan tələbə-gənclərdən biri də Nəzrin Əmirxan qızı Mehdiyevadır. Balakən rayonunda anadan olan Nəzrin rayonun Nizami adına 1 saylı orta məktəbində təhsil alıb və 2014-cü ildə həmin məktəbi qızıl medalla bitirib. O, “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iki dəfə iştirak edib və hər dəfə də uğur qazanıb. Belə ki, N.Mehdiyeva 9-cu sinifdə oxuyarkən 2-ci, 11-ci sinifdə oxuyarkən isə 3-cü yerin qalibi olub. Ümumiyyətlə, təhsilinə ciddi fikir verən Nəzrin orta təhsil müddətində digər müsabiqələrdə də iştirak edərək uğur qazanıb. Belə ki, Nəzrin 2012-ci ildə respublika fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II, 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi “Sərhədlərimiz müqəddəsdir” inşa-yazı müsabiqəsində I yerə layiq görülüb. O, həmçinin fəallığına və uğurlarına görə dəfələrlə Balakən rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatı tərəfindən diplomlar və mükafatlarla təltif olunub.
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi olan Nəzrin deyib ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilmişdi: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. Yazdığım hər iki inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə qiymətləndirildi”.
N.Mehdiyeva müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində həvəslə iştirak etdiyini deyib: “Tədbirdə hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də bildirdi”.
Beləliklə, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni bu təqaüdü almaq üçün daha çox çalışmalı, inşa müsabiqəsində qazandığım nailiyyətə layiq olmalıydım. Axı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim. YAP tərəfindən təqaüdə layiq görülməyim məni çox sevindirir”.
Beləliklə, bu çalışqanlıq, məsuliyyət nəticə verib. Nəzrin Mehdiyeva tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdü almaqdadır.
Göründüyü kimi, partiyamızın Azərbaycan gəncliyinə diqqət və qayğısı yüksək səviyyədədir. Bunu YAP-ın təqaüdünə layiq görülən gənclər də xüsusi vurğulayırlar. Bu, o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Məhz yuxarıda adını çəkdiyimiz layihələrdə iştirak edən gənclərin YAP tərəfindən qiymətləndirilməsi də bu reallığın bariz göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

