Yeni Azərbaycan Partiyası gənc nəslin inkişafına böyük diqqət və qayğı göstərir
12.04.2016 [09:57]
Səidə Ələsgərova: İndiyə qədər aldığım təqaüd o zaman yaşadığım sevinc hissini həmişə mənə təkrar-təkrar xatırladır
Azərbaycanın sürətli inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir.
Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü alanların sayı 43 nəfərdir və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsindən qürur duyduqlarını bildiriblər.
Bu gənclərdən biri də Səidə Aləddin qızı Ələsgərovadır. S.Ələsgərova 1995-ci ildə Salyan rayonunda anadan olub. O, 2001-ci ildə Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbin 1-ci sinfinə gedib və 2012-ci ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib. Orta məktəbdə təhsil aldığı illərdə müxtəlif şeir, inşa yazı müsabiqələrində və fənn olimpiadalarında iştirak edərək qalib olub. 10-11-ci siniflərdə oxuyarkən fizika üzrə respublika olimpiadasının rayon turunun ardıcıl olaraq 1-cisi və respublika turunun iştirakçısı olub. Bundan başqa, Səidə 2007-2012-ci illərdə Salyanda fəaliyyət göstərən Amerika Mərkəzinin fəal üzvü olub və 2009-cu ildə Cənubi Qafqaz üzrə keçirilən ingilis dilində inşa müsabiqəsinin qaliblərindən biridir. O, 2013-cü ildə ali məktəbə qəbul imtahanları zamanı 680 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” fakültəsinə daxil olub, Prezident təqaüdçüsüdür və hazırda 3-cü kursda təhsil alır.
Səidə üçün həyatında ən yadda qalan hadisələrdən biri 2012-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində iştirak etməsi və respublika üzrə 1-ci yerə layiq görülməsidir. O, bununla əlaqədar təəssüratlarını belə bölüşüb: “Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyev barədə yazmaq və fikirlərimi dəqiqliklə ifadə etmək əslində o qədər də asan deyildi. Müsabiqənin ilk mərhələsini keçəndən sonra Salyan rayonu üzrə respublika turuna vəsiqə qazandım və bununla bərabər məqsədimə doğru bir addım da irəliləmiş oldum, çünki Ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət barədə yazmaq və Onun qurucusu olduğu müstəqil Azərbaycanın azad vətəndaşı olaraq, 17 yaşlı bir şagirdin fikirlərini ifadə etmək mənə qürur hissi verirdi. Əslində, müsabiqənin seçim turuna qatılanda özümə inam hissi var idi ki, ən azı 3-cü yeri qazana bilərəm. Final mərhələsinin nəticələri rayon təhsil şöbəsinə göndəriləndən sonra qalib olduğumu eşidəndə, sadəcə, sevincimdən göz yaşlarımı saxlaya bilmədim və açığını desəm, bu, məndə ilk dəfə baş verirdi. Çünki Ulu öndər haqqında yazdığım fikirlərim müsabiqəyə təqdim olunmuş minlərlə yazı içərisindən 1-ci yerə layiq görülən 5 yazıdan biri idi. Müsabiqənin mükafatlandırma mərasimi Gülüstan sarayında baş tutdu. Həmin tədbirdə bildirildi ki, müsabiqənin qalibləri ali məktəblərə qəbul olunacağı təqdirdə onlara Yeni Azərbaycan Partiyası tərəfindən təqaüd veriləcək. Beləliklə, hazırda mən də bu təqaüdü alan gənclərdən biriyəm”.
“Həmin müsabiqədə qalibiyyətim mənim tələbəlik həyatımda müsbət mənada, yəni həm mənəvi, həm də maddi cəhətdən öz təsirini göstərir”, - deyən YAP təqaüdçüsünün fikrincə, bunun mənəvi tərəfi daha güclüdür. “Çünki ali məktəbə daxil olanda ilk aldığım təqaüd YAP-ın Ümummilli lider Heydər Əliyevin adına təsis etdiyi təqaüd olmuşdu və o zaman, həqiqətən də, qürur hissi keçirmişdim. İndiyə qədər aldığım təqaüd o zaman yaşadığım sevinc hissini həmişə mənə təkrar-təkrar xatırladır”, - deyə o vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

