Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin ofisində “Gənc vətənpərvərlərin döyüş ruhunun yüksəldilməsi naminə” adlı tədbir keçirilib

YAP Gənclər Birliyinin ofisində “Gənc vətənpərvərlərin döyüş ruhunun yüksəldilməsi naminə” adlı tədbir keçirilib

12.04.2016 [09:58]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) və Azərbaycan MMA Liqasının birgə təşkilatçılığı ilə “Gənc vətənpərvərlərin döyüş ruhunun yüksəldilməsi naminə” adlı tədbir keçirilib. Tədbir gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədini daşıyıb.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışıb. O, partiya sıralarında gənclərin də böyük üstünlük təşkil etdiyini deyib. S.Orucov bu gənclərin Vətəninə, torpağına bağlı və Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu bildirib.
Çıxış edən MMA Liqasının prezidenti Kənan Məmmədov qeyd edib ki, ölkə gəncliyinin böyük bir hissəsinin birləşdiyi YAP GB ilə əməkdaşlıqlarını bundan sonra da davam etdirəcəklər.
Daha sonra çıxış edən YAP GB sədrinin müavini Əli Pənahov vətənpərvər Azərbaycan gəncliyinin Ali Baş Komandanın döyüş əmrinə hər an hazır dayandığını, lazım gələrsə, öz canından keçməyə belə qadir olduğunu söyləyib.

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30