YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir
25.04.2016 [09:07]
Gülnar Cavadova: Yeni Azərbaycan Partiyasının təqaüdçüsü olmaq sevincimə sevinc qatıb
Azərbaycanın sürətli inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir.
Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü alanların sayı 43 nəfərdir və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsindən qürur duyduqlarını bildiriblər.
YAP-ın təqaüdçülərindən biri də Gülnar Şahin qızı Cavadovadır. 2014-cü ildə sahib olduğu tələbə bileti G.Cavadovaya nəinki onun ali məktəbə qəbul olunmaq arzusunu gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitə olub. “Ümummilli liderimizin xatirəsinə həsr edilən müsabiqədə qaliblərdən biri olmağımla fəxr edirəm. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir”, - deyə Gülnar bildirib.
1998-ci ilin fevral ayında Yevlax rayonunda dünyaya gələn və burada 4 saylı orta məktəbdə təhsil alan Gülnar 10-cu sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsində iştirak edib və respublika 3-cüsü olub. “Mən 2014-cü ildə qəbul imtahanlarında uğur qazandım, Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisi fakültəsinə daxil oldum. Hazırda ikinci kursda təhsil alıram. YAP-ın təqaüdçüsü olmaq isə sevincimə sevinc qatıb”, - deyə YAP təqaüdçüsü vurğulayıb.
G.Cavadova hazırda Yeni Azərbaycan Partiyasına üzv olmağa da hazırlaşır. Bu ilin fevral ayında 18 yaşı tamam olan Gülnar artıq partiyaya üzv olmaq üçün müraciət də edib. O, yaxın vaxtlarda Ulu öndərimizin qurucusu olduğu partiyanın üzvü olmaq sevincini də yaşayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

