Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası gənclərinin I Debat Forumu keçirilib

Yeni Azərbaycan Partiyası gənclərinin I Debat Forumu keçirilib

14.06.2016 [10:30]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Gənclərinin I Debat Forumu” və “Qurtuluş kuboku - 2016” turniri keçirilib.
12-13 iyun tarixlərində baş tutan Forumun birinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Bakı şəhər rayonları və Sumqayıt şəhər komandaları arasında yarış keçirilib. “Gənc ailələrin davamlılığının təmin edilməsində dövlətin rolu özünü doğruldur” mövzusunda keçirilən debat maraqlı müzakirələrlə yadda qalıb.
Forumun ikinci günündə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov və Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirakçıları salamlayaraq, onlara turnirdə uğur arzulayıblar.
Daha sonra final oyunları keçirilib, qalib komandanın üzvlərinə diplom və medallar, oyunların bütün iştirakçılarına, həmçinin hakimlər tərəfindən müəyyən olunmuş 10 ən yaxşı natiqə şəhadətnamə təqdim olunub.

Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30