Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin ofisində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

YAP Gənclər Birliyinin ofisində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

16.06.2016 [09:23]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov 1993-cü ilin 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu deyib və qeyd edib ki, bu gün onun fəlsəfəsini dərindən dərk edən, özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir: “Ulu öndər uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib. Məhz buna görə Ulu öndər Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışını Milli Qurtuluş Günü kimi qeyd edirik”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov gənclərə Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə, istərsə də ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açıb. K.Kərimov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olunduğunu, Azərbaycan xalqının hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini, Onun xatirəsini hər zaman uca tutduğunu qeyd edib.
Daha sonra tədbir diskussiya formatında davam edib.

Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30