Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP siyasi mübarizələrlə dolu şərəfli inkişaf yolu keçib

YAP siyasi mübarizələrlə dolu şərəfli inkişaf yolu keçib

19.11.2016 [10:04]

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov YAP-ın yaranmasını şərtləndirən amillər, müstəqilliyimizin ilk illərində ağır iqtisadi-siyasi şərait fonunda partiyanın üzərinə götürdüyü məsuliyyət və partiyanın təşkilatlanması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası əsrə bərabər şərəfli yol keçmiş, hazırda öz sıralarında 700 min nəfərə yaxın Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilmişdir. Eldar İbrahimov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirərək xüsusilə qeyd edib ki, partiya bir çox mühüm məsələlərdə üzərinə öhdəliklər götürmüş və bu öhdəlikləri şərəflə həyata keçirmişdir. O bildirib ki, YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib: “Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir”.
Rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən partiyamızın üzvləri bu siyasəti yüksək qiymətləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışırlar.
Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə YAP-ın yaranma tarixinə və ötən 24 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunub. Onun sözlərinə görə, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını qorumağa müvəffəq oldu. Bütün bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov YAP-ın Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı xidmətlərini xatırladaraq vurğulayıb ki, son illər ərzində bu uğurlar artaraq davam edir. Rayon İH başçısı ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin əsas istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan edib: “Ölkəmizin tarixinin ən ağır günlərində Yeni Azərbaycan Partiyası Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir”.
Tədbirdə digər çıxış edənlər də YAP-ın ötən 24 ildə keçdiyi şərəfli inkişaf yolundan, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə partiyamızın böyük rolundan danışıblar.
AQŞİN

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30