YAP Yevlax rayon təşkilatının IX konfransına hazırlıq işlərinə start verilib
13.01.2017 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının IX konfransına hazırlıq işlərinə start verilib. Belə ki, 21 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatı Şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə əsasən, artıq rayon təşkilatının ilk partiya təşkilatlarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanıb.
Bu məqsədlə YAP Yevlax rayon təşkilatı “Mədəniyyət” ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən YAP Yevlax rayon təşkilatı “Mədəniyyət” ilk partiya təşkilatının sədri Seymur Novruzov deyib ki, sədrlik etdiyi ilk partiya təşkilatında 506 nəfər partiya üzvü birləşir. Hesabat dövrü ərzində təşkilatda 73-dən artıq gənc partiya sıralarına üzv qəbul edilib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev YAP-ın Azərbaycanda aparıcı siyasi qüvvə olduğunu bildirib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edənlər sırasında gənclər üstünlük təşkil edirlər. Bu da onu göstərir ki, gənclər YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.
Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək “Mədəniyyət” ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işləri müsbət qiymətləndirib.
Tədbirdə, həmçinin Yevlax rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları Zöhrə Adıgözəlova, Rafiq Məmmədov, Eldəniz Mustafayev, Allahverdi Cəbrayılov və başqaları çıxış edərək partiyanın ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar.
Sonda ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri, sədri və müavinləri, həmçinin YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxSosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09

