Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XI konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XI konfransı keçirilib

13.04.2017 [08:50]

Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının yeni Şura və İdarə Heyətinin üzvləri seçilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının XI konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, Ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Onun sözlərinə görə, yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Hüseynbala Mirələmov hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, 1993-cü il fevral ayının 13-də təsis konfransını keçirən YAP Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər YAP üzvünü birləşdirirdi: “Ötən müddət ərzində YAP Xətai rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 143 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Xətai rayon təşkilatının üzvlərinin sayı 16062 nəfərdir. X konfransdan ötən müddət ərzində 1094 nəfər YAP sıralarına qəbul edilmişdir. Bunlardan 404 nəfəri gənclər, 508 nəfəri qadınlardır. Ümumilikdə təşkilat üzvlərinin 3710 nəfərini gənclər, 7990 nəfərini isə qadınlar təşkil edirlər. Hesabat dövründə 1979 nəfər digər rayon təşkilatlarına gedib, 643 nəfər başqa rayon təşkilatlarından gəlib. 97 nəfər partiya üzvü isə dünyasını dəyişib. YAP Xətai rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir”.
Sonra məruzə ətrafında çıxışlar olub. YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev YAP-ın bu gününə və gələcəyinə inamı şərtləndirən amillərdən bəhs ediblər. Nəzarət Təftiş Komissiyasının hesabatını isə komissiyanın sədr müavini Məhəmməd İbrahimov təqdim edib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə YAP-ın yaranma tarixinə və partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunub. “Müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır”, - deyən Vüqar Rəhimzadənin sözlərinə görə, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini və xalqımızı qorumağa müvəffəq oldu. Daha sonra isə Azərbaycanda böyük quruculuq, sabitlik, inkişaf dövrü başladı. Bütün bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra təşkilati məsələlərə baxılıb, rayon təşkilatının yeni Şura və İdarə Heyətinin üzvləri seçilib. Milli Məclisin deputatı Hüseynbala Mirələmov yenidən YAP Xətai rayon təşkilatının sədri seçilib.
YAP Siyasi Şurasının üzvü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışına Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə başlayıb. O deyib ki, YAP dünəni və bu gününü təsdiqləyib, gələcəyə böyük inamla irəliləyir: “25 ilə yaxın yol keçmiş partiyanın sıralarında 700 minə yaxın üzvün birləşməsi böyük uğurdur. Bu, xalqın Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin uğurlu siyasətinə inamının göstəricisidir. Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır”.
Z.Əsgərov vurğulayıb ki, bu gün Azərbaycana beynəlxalq baxış olduqca yüksək səviyyədədir: “Ölkəmizin inkişaf modeli nümunə göstərilir. Təbii ki, bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilir. “Eurovision” mahnı yarışmasına, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə dünyanın diqqətini özünə yönəldəcək. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə bir daha ölkələr, xalqlar arasında dostluq körpüsünü möhkəmləndirəcək, malik olduğumuz imkanları dünyaya təqdim edəcəyik”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, hazırda öz sıralarında 700 min nəfərə yaxın Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, sıralarında yüz minlərlə insanı birləşdirərək gələcəyə böyük inamla irəliləməsindən geniş bəhs edib. Razim Məmmədov deyib ki, müstəqil Azərbaycan tarixində Yeni Azərbaycan Partiyası qədər böyük, ölkənin ziyalılarını öz ətrafında birləşdirən siyasi cəhətdən güclü partiya olmayıb.
O, rayon təşkilatının yeni seçilən Şura və İdarə Heyətinin üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30