YAP Azərbaycan siyasi palitrasında alternativsiz qüvvədir
14.04.2017 [09:24]
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının IX konfransı keçirilib
Aprelin 13-də Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə Lənkəran şəhərində Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov YAP-ın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir”.
Daha sonra şəhər təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Nübuvvət Allahverdiyevin məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər - YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev, Lənkəran şəhər Təhsil şöbəsi ərazi ilk partiya təşkilat katibi Güloğlan Bağırov, 1 saylı ərazi ilk partiya təşkilatının sədri Rəsilə Əliyeva, Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilat katibi Kamran Kazımov və digərləri şəhər təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli konfransda çıxış edərək partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. H.Rəcəbli vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranıb.
Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəylik və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən H.Rəcəbli əlavə edib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar Yeni Azərbaycan Partiyasına üz tuturlar: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə çalıb”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır. YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi. Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi. YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir”.
YAP-ın ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübuta yetirib. “Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub: “Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”.
Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə Şura, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası seçilib. İlqar Dadaşov yenidən YAP Lənkəran şəhər təşkilatının sədri, Möhubbət Babayev, Rasilə Əliyeva və Əlimərdan Əliyev isə sədr müavinləri seçiliblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

