/ / YAP Nəsimi rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin respublikada ilk dəfə hakimiyyətə gəlməsinə həsr olunan tədbir keçirilib
YAP Nəsimi rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin respublikada ilk dəfə hakimiyyətə gəlməsinə həsr olunan tədbir keçirilib
14.07.2017 [10:09]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin respublikada ilk dəfə hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr olunan tədbir keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilmiş Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətdə, iqtisadiyyatda, elm və təhsildə, digər sahələrdə həyata keçirdiyi islahatlardan, məhz Onun müəllifi olduğu möhtəşəm layihələrdən bəhs edib. “Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Xalq o vaxt daha xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir”, - deyən natiq Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu, Azərbaycan xalqını beynəlxalq aləmdə böyük və zəngin bir mədəni irsin daşıyıcısı, iqtisadi cəhətdən qüdrətli ölkənin xoşbəxt milləti kimi tanıtdığına görə xalqımızın tarix boyu Heydər Əliyevə borclu olduğunu vurğulayıb.
Sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov çıxış edərək deyib ki, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri məhz 14 iyul 1969-cu il tarixidir. Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə gördüyü mühüm işlər barədə ətraflı danışıb. Qeyd edib ki, ermənilər hələ o illərdə Azərbaycana qarşı ərazi iddialarında olublar, Qazax rayonunun həmsərhəd torpaqlarının böyük bir hissəsini öz ərazilərinə qatmaq istəyiblər. Lakin Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ermənilərin bu mənfur niyyətlərinin qarşısı alınıb. “Ulu öndər Heydər Əliyev respublikaya rəhbər seçiləndə Azərbaycan iqtisadiyyatı İttifaq miqyasında ən geridə qalırdı - sondan ikinci yerdə idi. Ulu öndər hakimiyyətə gəldikdən qısa zaman sonra Azərbaycan İttifaq respublikaları arasında ön mövqedə qərarlaşdı, sənaye, kənd təsərrüfatı dirçəldi. Azərbaycanda ildə 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal edildi. İttifaq əhəmiyyətli zavod və fabriklər, o cümlədən 5 min işçinin çalışdığı Bakı Məişət Kondisionerləri zavodu inşa edildi. İqtisadiyyatın bütün sahələrində canlanma başladı - respublika böyük bir tikinti-quruculuq meydanına çevrildi. Paytaxtda ucsuz-bucaqsız mənzil tikintisinə başlanıldı - yeni-yeni yaşayış massivləri və qəsəbələr salındı. Kəndlər-şəhərlər abadlaşdırıldı. Neft sənayesi inkişaf etdirildi, artıq nefti xammal kimi deyil, məhsul kimi satmaq üçün Bakıda neft emalı zavodu inşa edildi. Bir sıra yeni iri istehsal müəssisələri istismara verildi. Vətəndaşların sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi kimi gələcək Milli Ordumuzun özəyini təşkil edəcək hərbi kadrların hazırlanması məqsədilə Bakıda hərbi məktəb fəaliyyətə başladı, gənclərimiz İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərildilər ki, onların böyük əksəriyyəti bu gün müstəqil Azərbaycan dövlətinin idarəçiliyinə xidmət edirlər”, - deyə Eldar İbrahimov bildirib.
“Azərbaycan Respublikasının son 48 ildəki tarixi uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən Eldar İbrahimov gənclərə bu tarixi dərindən öyrənməyi və onu şərəflə yaşatmağı tövsiyə edib.
Sonda natiqlər gəncləri maraqlandıran sualları cavablandırıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03

