/ / YAP Gənclər Birliyinin və Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Gənclər Birliyinin və Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
01.11.2017 [10:24]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası gənclərimizin qarşısında xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, xalqımız YAP-ın fəaliyyətini hər zaman dəstəkləyir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanın siyasi tarixindəki imzasıdır, möhürüdür. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir: “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib”.
25 il ərzində YAP-ın böyük inkişaf yolu keçdiyini deyən millət vəkili qeyd edib ki, hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir.
Milli Məclisin deputatı Mahir Abbaszadə çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə olduğunu bildirib. O, YAP-ın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib, Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə çıxışında ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə çıxış edərək bildirib ki, bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən YAP Ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Onun sözlərinə görə, Azərbaycan gəncləri də partiyamızın çoxşaxəli fəaliyyətində, işində aktiv iştirak edirlər.
YAP Nərimanov rayon təşkilatının sədr müavini, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında gənclərin partiyadakı rolundan bəhs edib. YAP-ın gənclərin inkişafı üçün geniş imkanlar yaratdığını deyən N.Novruzovun sözlərinə görə, partiyamızın sıralarında intellektual gənclər ordusu birləşib.
Sonda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək, partiyanın keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edib. K.Kərimov deyib ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi: “Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

