Ağcabədidə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
04.11.2017 [01:02]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Ağcabədidə silsilə tədbirlər davam edir. Bu silsilədən növbəti tədbir isə YAP Ağcabədi rayon təşkilatının Ağcabədi Pedaqoji Kolleci ərazi ilk təşkilatında keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin kollecin foyesində qoyulmuş abidəsi önünə tər çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə kollecin direktoru, ərazi ilk təşkilatın idarə heyətinin üzvü Mirələm İbrahimli açıb.
Sonra çıxış edən Pedaqoji Kollec ərazi ilk təşkilatının sədri Rövşən Bayramov deyib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, ümumxalq partiyası olan YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Röyalə Hümbətova və başqaları Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini bölüşüblər.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranma zərurətindən, partiyamızın keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, Ulu öndərin müstəqil dövlətimizin inkişaf yoluna çıxarılması sahəsində gərgin fəaliyyətindən ətraflı danışıb.
Rövşən Əhmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkənin tarixində yeni mərhələnin başlandığını deyib. Natiq həmçinin bildirib ki, bu gün öz sıralarında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib.
Rövşən Əhmədov çıxışında YAP-ın qabaqcıl təşkilatlarından biri olan Ağcabədi rayon təşkilatının yaranması və fəaliyyəti barədə də məlumat verib, həmçinin Ağcabədi Pedaqoji Kolleci ərazi ilk təşkilatının rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, bu təşkilatda partiya işinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib, həmçinin YAP-ın yaranmasının 25-ci ildönümünə həsr olunmuş film nümayiş etdirilib.
Tədbir Pedaqoji Kollec tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam edib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52

