Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib

“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib

14.12.2017 [09:55]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə dekabrın 13-də Şəkidə keçirilən növbəti ağacəkmə aksiyası zamanı şəhər ərazisində 1000-ə yaxın ağac tingi əkilib.
YAP Şəki şəhər təşkilatı, şəhər icra hakimiyyəti, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları, könüllülər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumiyyətlə, cari ilin oktyabrından başlanan “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində indiyədək Şəki şəhəri ərazisində 7 mindən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.
Gələn ilin martınadək davam edəcək aksiya çərçivəsində şəhər ərazisində daha 8 min ağacın əkilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 848 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30