Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naftalan seçiciləri bu dəfə də yüksək fəallıq göstərirlər

Naftalan seçiciləri bu dəfə də yüksək fəallıq göstərirlər

20.02.2018 [10:09]

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Naftalanda da uğurla davam edir.
Belə ki, Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının seçki qərargahı ilk iclasını keçirib.
İclasda çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası, eyni zamanda partiyanın Naftalan şəhər təşkilatı hər zaman olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşıb.
Qeyd edilib ki, YAP Naftalan şəhər təşkilatının seçki qərargahının 11 nəfər üzvü var. Seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdəki fəaliyyətlə bağlı tədbirlər planı hazırlanıb.
İclasda o da bildirilib ki, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 4930 seçici qeydiyyatdadır.
Verilən məlumata görə, imzatoplama kampaniyasında iştirak edən Naftalan seçiciləri həmişə olduğu kimi, bu dəfə də yüksək fəallıq göstərirlər.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30