YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
04.05.2019 [10:18]
Gəncə şəhərində yerləşən Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov çıxış edərək partiyanın yaranmasından, onun ölkənin ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib. A.Əsgərov ölkədə gənclərə olan diqqət və qayğıdan söz açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən dönmədən və uğurla davam etdirilir.
Daha sonra YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Hikmət Bağırov hesabat məruzəsi ilə çıxış edib. Ötən dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışan H.Bağırov bildirib ki, YAP Kəlbəcər rayon təşkilatına üzv olan gənclər rayonun ictimai-siyasi həyatında xüsusi fəallıq göstərirlər. H.Bağırov çıxışında onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi siyasi kursa uyğun olaraq YAP Kəlbəcər rayon təşkilatının sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib gəncləri ölkəmizin inkişafı üçün daim çalışırlar.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatı GB-nin üzvləri Göyüş Şəfizadə, Ləman Orucova, Hikmət Şahmuradov ölkədə aparılan sosial-iqtisadi inkişafdan, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qocaman YAP üzvü Musa Əziz gənclərə öz tövsiyələrini verərək hər birini Yeni Azərbaycan Partiyasının təbliğatçısı olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Kəlbəcər rayon təşkilatı GB-nin Şurası və İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. Gizli səsvermə nəticəsində Hikmət Bağırov YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Tədbirin sonunda konfransda iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yeni seçilmiş tərkibə uğurlar diləyib.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

