Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bələdiyyə seçkilərində veb-kameralar quraşdırılacaq 500 məntəqənin siyahısı müəyyənləşib

Bələdiyyə seçkilərində veb-kameralar quraşdırılacaq 500 məntəqənin siyahısı müəyyənləşib

25.11.2009 [10:14]

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçki məntəqələrində “veb-kamera”ların quraşdırılması ilə bağlı müzakirə aparılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, ilk dəfə olaraq Azərbaycanda 2008-ci ilin prezident seçkilərində “veb-kamera”lardan istifadə olunub və burada əsas məqsəd seçkinin aşkarlıq prinsipini təmin etməkdir. N. Məmmədovun sözlərinə görə, bələdiyyə seçkilərində 500 seçki məntəqəsində “veb-kamera”nın quraşdırılması nəzərdə tutulur. Kameralar quraşdırılacaq məntəqələrin siyahıları artıq hazırlanıb və yaxın günlərdə bu işin icrasına başlanılacaq. Kameraların quraşdırılması və onun işlənməsinə nəzarəti MSK Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirəcək.
MSK sədrinin müavini Svetlana Qasımova isə bildirib ki, kameralar quraşdırılarkən uyğun yerlər seçilməlidir: “Bəzən kameralar elə quraşdırılır ki, adamlar kamerada görünür, amma stollar yox. Və yaxud da stollar görünür, adamlar yox. Ona görə də kameralar elə yerdə quraşdırılmalıdır ki, proses tam görünsün”.
İclasda bələdiyyə seçkiləri ilə bağlı quruma daxil olan müraciətlərə də baxılıb.


Paylaş:
Baxılıb: 1177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30