YAP daima xalqın xidmətindədir
02.12.2009 [10:03]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində növbəti görüş Hacıqabul rayonunun Qızılburun kəndində keçirilib. Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Azərbaycanda bələdiyyələrin yaranma tarixindən danışıb. 1999-cu ildə bu struktur yaradılarkən ölkədə 2669 bələdiyyənin fəaliyyət göstərdiyini deyən partiyanın rayon təşkilatının sədri bu il aparılan islahat nəticəsində kiçik bələdiyyələrin birləşdiyini və onların sayının 1766-ya endirildiyini söyləyib: “Dekabrın 23-də isə növbəti beşillik üçün bələdiyyələr seçiləcək. Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının bələdiyyə sisteminin inkişafındakı rolundan bəhs edib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin demokratik yolla inkişafında hər zaman yaxından iştirak edib. Partiyamız demokratiyanın əsas göstəricilərindən sayılan azad, şəffaf, ədalətli seçkilərə qatılır, öz proqramını xalqa açıqlayır, problemlərlə yaxından tanış olur. Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə xalqın inamına arxalanır. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyasının üzvləri də xalqın etimadını doğrultmağa çalışacaq. Yeni Azərbaycan Partiyası daima xalqın partiyası olduğunu sübut edib, bu gün də edir. İnanıram ki, YAP dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Astan Şahverdiyev də bələdiyyələrin inkişaf tarixinə qısa nəzər salıb. Onun sözlərinə görə, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizdə yerli özünüidarə sisteminin əsasını qoyub: “Ulu öndər müstəqil ölkəmizin bütün strukturlarının formalaşmasında yaxından iştirak edib, o cümlədən bələdiyyələrin formalaşdırılması, qanunvericiliyin hazırlanması prosesi də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bələdiyyələri yaşının az olmasına baxmayaraq inkişaf yolundadır. Dekabrın 23-də keçiriləcək seçkilərdə isə biz bu inkişafın daha da dinamikləşməsini istəyirik. Yeni Azərbaycan Partiyası öz proqramını məhz bu inkişafa istiqamətləndirib. Yeni Azərbaycan Partiyası hər zaman xalq tərəfindən dəstəklənib. İnanıram ki, seçicilər hər zaman olduğu kimi real işə qiymət verəcəklər”.
Daha sonra Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon Qızılburun kənd bələdiyyəsi üzvlüyünə namizədi Şirəli Əlizadə çıxış edib. Tədbirin sonunda səlahiyyətli nümayəndələr seçicilərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

