YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
12.06.2019 [10:59]
15 İyun Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.
Əvvəlcə, Milli Məclisin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidənin önünə gül dəstələri düzülüb.
Sonra Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri ilə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin fəallarının görüşü keçirilib. Gənclər həmçinin parlamentin iclas zalı ilə tanış olublar. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gəncləri salamlayıb, gənclərin 15 İyun Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb və parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan Ü. Quliyev 1995-ci ildən indiyə kimi parlamentin 2000-dən çox qanun və qərar qəbul etdiyini gənclərin diqqətinə çatdırıb.
Daha sonra YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri parlamentdə komitə iclaslarının keçirildiyi əsas zal ilə tanış olublar.
Sonra “Milli Qurtuluş Gününün gənclərə verdiyi töhvələr” mövzusunda dəyirmi masa keçirilib. Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Komitə sədri bildirib ki, 1993-cu ilin 15 iyunundan indiyə kimi Azərbaycanda gənclər sahəsində mühüm uğurlar əldə olunub. Bu uğurların əsas səbəbi dövlət gənclər siyasətinin təməlinin sağlam zəmində formalaşdırılması olub. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər mərkəzləri, Gənclər evləri, Olimpiya İdman kompleksləri istifadəyə verilib.
Tədbirdə həmçinin, Mili Məclisin Gənclər və İdman Komitəsinin üzvləri Şahin İsmayılov, Eldəniz Səlimov, Elşən Musayev və Cavid Osmanov Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi yolundakı əvəzsiz xidmətlərindən danışıblar.
Dəyirmi masada həmçinin gənclər çıxış edib, onları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53

