YAP Biləsuvar rayon təşkilatının təbliğat-təşviqat qrupu seçicilərlə görüşlər keçirib
08.12.2009 [10:03]
Keçirilmiş görüşləri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev partiyanın qazandığı uğurlardan danışıb. Daha sonra yeni yaranmış struktur olsa da, yerli idarəetmə orqanı kimi özünü doğruldan bələdiyyələrin ölkənin sosial-inkişafı üçün gərəkli bir struktur olduğunu vurğulayan təşkilat sədri qarşıdakı seçkilərdə hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətdən də danışıb. O, bildirib ki, Yeni Azərbaycan Partiyası özünün ən layiqli üzvlərinin bələdiyyə sıralarına seçilməsi üçün mübarizə aparacaq: “Bunun üçün lazımi təbliğat və təşviqat işləri görülüb. Partiyanın rayon təşkilatı xüsusi tədbirlər planı hazırlayıb və hazırda bütün işlərimizi həmin qrafik üzrə qurmuşuq”.
Gənclərin və qadınların fəallığı məsələsinə də toxunan Kamil Mirzəyev rayon bələdiyyələrinə irəli sürülən namizədlərdən 63 nəfərini qadınların, 61 nəfərini isə gənclərin təşkil etdiyini qeyd edib: “Amalımız budur ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər onlara göstərilən etimadı döğrultsun, seçicilərin etibarını və inamını qazansın, bunun üçün lazım olan təbliğat və təşviqat imkanlarından yüksək səviyyədə yararlansınlar. Və bunu da həmişə yaddaşlarında saxlamalıdırlar ki, partiyamız seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə gedir”.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov isə öz çıxışında bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu prioritet məsələlər barədə məlumat verib. Bu məqsədlə qəbul edilmiş xüsusi proqramın hər bir Yeni Azərbaycan Partiyası namizədi üçün əsas fəaliyyət sənədi olduğunu qeyd edən M.Kazımov, bu proqramın icrası üçün təkcə namizədlərindən deyil, partiyanın digər üzvlərindən geniş təbliğat və təşviqat işlərinə qoşulmağı tövsiyə edib. O, respublikanın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da yüksək seçici fəallığının müşahidə olunduğunu, seçkilərə hazırlıq məqsədi ilə görülmüş işlərin qənaətbəxş olduğunu bildirərək qeyd edib ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş namizədlərin qələbəsi şübhəsizdir: “Təkcə yerlərdəki görüşlər zamanı seçicilərin əhval-ruhiyyəsi deyil, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı nüfuzu da bunu deməyə əsas verir”.
Amankənd kənd bələdiyyəsinə namizədliyi irəli sürülmüş Bağçagül Əliyeva YAP-ın fəaliyyəti nəticəsində ölkənin icitimai-siyasi həyatında qadınların rolunun artdığını diqqətə çatdırıb: “Əhalinin həyat şəraitinin daha da yaxşılaşdığını, sosial problemlərin həllində yerli idarəetmə orqanlarının səlahiyyətlərinin artdığını və burada qadınların rolunu müşahidə edəndən sonra mən də özümdə qüvvə, güc tapıb bu prosesə qoşulmağı qərara aldım. Və təbii ki, ən böyük dəstəyi sıralarında olduğum doğma partiyam verdi. Ona görə də, bundan sonrakı həyatım və fəaliyyətim boyunca partiyamın prinsiplərinə sadiq qalacam və onun etimadını doğrultmağa çalışacam”.
Xırmandalı kənd bələdiyyəsinə namizəd Sədaqət Mustafayeva isə deyib ki, yarandığı gündən xalqa xidmət prinsipini əsas götürən YAP ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və xalqın etimadını qazanıb. Belə bir partiya tərəfindən namizədliyinin irəli sürülməsinin böyük etimad olduğunu söyləyən namizəd bununla fəxr etdiyini də gizlətməyib: “Əgər partiya belə vacib bir işdə mənim də əməyimdən bəhrələnmək, bir Azərbaycan qadınının bu işlərə qoşulmasını görmək istəyirsə, mən bununla sadəcə fəxr edirəm”.
Seçicilər Firidun Hüseynov, Fərhad Zülfüqarov, Zakir Ağamalıyev, Bağbanlar kənd sakinləri Həsənov Həmid, Hacıyev Elxan və başqaları Yeni Azərbaycan Partiyasının qazandığı qələbələrdən söhbət açaraq bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə səs verəcəklərini söyləyiblər.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

