Sumqayıt seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
08.12.2009 [10:05]
Yeni Azərbaycan Partiyasının Sumqayıt bələdiyyəsi üzvlüyünə namizədi Əbülfəz Babayev hakim partiyanın seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə qatıldığını söyləyib. Onun sözlərinə görə, Sumqayıt seçiciləri hər zaman xalqına xidmət edən və demokratiyanın inkişafına dəstək göstərən Yeni Azərbaycan Partiyasını dəstəkləyib: “Seçicilərimiz qarşıdan gələn bələdiyyə seçkisində aktiv olmalıdır. Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatılıb. Bu bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdirib. Əminəm ki, Sumqayıt seçiciləri dekabrın 23-də də bu inamı bir daha nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
çıxış edən bələdiyyə üzvlüyünə namizəd Pərvanə Səfərova da seçiciləri seçkilərdə iştirak etməyə çağırıb: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası budəfəki seçkilərdə qadınların və gənclərin aktiv iştirakını təmin edib. Sumqayıt qadınlarının bələdiyyə üzvlüyündə təmsil olunması çox müsbət haldır. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının aktiv fəaliyyəti bütün dünya üçün bir nümunədir. Biz Azərbaycan qadınları da məhz ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətini özümüz üçün nümunə hesab etməli və dövlətimizin inkişafında üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik”.
Yeni Azərbaycan Partiyasının Sumqayıt bələdiyyəsinə namizədi Hümbət Quliyev də Sumqayıt şəhər bələdiyyəsinin problemlərin həlli istiqamətində son 5 ildə əsaslı addımlar atdığını önə çəkib. Mikrorayonların abadlaşdırılmasında, o cümlədən, vətəndaşlara xidmət sahəsində əsaslı yeniliklər əldə olunduğunu bildirən namizəd seçiləcəyi təqdirdə sahibkarlığın inkişafına yardım üçün layihələrin hazırlanmasına yaxından yardımçı olacağını deyib: “Biz vətəndaşlarımızla bərabər şəhərimizdə sahibkarlığın inkişafını təmin etməliyik. Dövlətimiz, hörmətli Prezidentimiz İlham Əliyev cənabları sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb və biz vətəndaşlar dövlətimizin bizə verdiyi imkandan maksimum yararlanmalıyıq. Bunun üçün isə öncə seçicilərimiz dekabrın 23-də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidir”.
çıxış edən partiyanın bələdiyyə üzvlüyünə namizədi Eldar İsmayılov Sumqayıt sakinlərinin şəhər bələdiyyəsinin gördüyü işlərdən razı qaldığına əminliyini bildirib. Onun sözlərinə görə, xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərib: “İnanıram ki, Sumqayıt seçiciləri dekabrın 23-də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə bir daha etimad göstərəcək. Bizlər-Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkisində namizəd kimi iştirak edən insanlar isə bu etimadı var gücümüzlə, görəcəyimiz işlərlə doğrultmağa çalışacağıq. Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə şəhər sakinləri görülən işlərin davamlılığına şərait yaratmış olacaqlar”.
Bələdiyyə üzvlüyünə namizəd, “Tərəqqi” medallı Nigar Cəfərova qeyd edib ki, Azərbaycanda bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, vətəndaşlarımızın bu struktura inamı günü-gündən artır, insanlar öz problemlərinin açıq şəkildə bələdiyyələrə bildirirlər. Namizəd ölkəmizdə bələdiyyə sisteminin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib: “Qarşıdan gələn bələdiyyə seçkisi Azərbaycanda keçirilən üçüncü bələdiyyə seçkisidir. Bu baxımdan artıq Azərbaycan bələdiyyələrinin inkişaf yolunda olduğunu qeyd etmək olar. Mən inanıram ki, Sumqayıt seçiciləri Azərbaycanda bələdiyyə sisteminin inkişafında müstəsna rola malik Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər”.
Tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

