Yeni Azərbaycan Partiyası gənc liderlər üçün “Yaylaq düşərgəsi” təşkil edib
03.09.2019 [09:27]
Gədəbəy rayonunda təşkil edilən düşərgədə partiyanın şəhər və rayon təşkilatlarının gənclər birliklərindən 90 nəfər gənc fəal iştirak edib
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyası (YAP) və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən gənc liderlər üçün “Yaylaq düşərgəsi” təşkil olunub. Gədəbəy rayonunun Miskinli yaylağında baş tutan “Yaylaq düşərgəsi”ndə partiyanın Gəncə və Naftalan şəhər, həmçinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Qazax, Tovuz, Samux və Şəmkir rayon təşkilatlarının gənclər birliklərindən 90 nəfər gənc fəal iştirak edib.
Qeyd edək ki, tədbir iştirakçıları əvvəlcə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Miskinli yaylağında “Yaylaq düşərgəsi”nin gənc fəalları “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçılarından düşərgənin bayrağını təhvil alıblar. Təhvil-təslim mərasimindən sonra “Yaylaq düşərgəsi”nin açılış mərasimi baş tutub. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra düşərgənin bayrağı qaldırılıb.
“Yaylaq düşərgəsi”nin açılış mərasimində çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin (RİH) başçısı İbrahim Mustafayev əvvəlcə qonaqları salamlayaraq bu il Gədəbəydə baş tutan Milli Yaylaq Festivalından, həmçinin onun davamı kimi keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. İ.Mustafayev daha sonra Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvlərinin, o cümlədən gənclərin fəal olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, gənclərimiz bilik və bacarıqları ilə yanaşı, siyasi cəhətdən də olduqca fəaldırlar. Natiq sonda “Yaylaq düşərgəsi”nin iştirakçılarını Gədəbəy rayonunun Miskinli yaylağında qarşılamaqdan məmnunluğunu dilə gətirib və onlara uğurlar arzulayıb.
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı Pərvin Kərimzadə Ermənistanla sərhəddə yerləşən Gədəbəydə bu il ilk dəfə təşkil olunan Milli Yaylaq Festivalının əhəmiyyətindən bəhs edib. Millət vəkili 50 minə yaxın insanın uzun yol qət edərək bu festivalda iştirak etməsi faktını rayonun, ümumiyyətlə, ölkəmizin turizm potensialının artırılması baxımından da yüksək qiymətləndirib.
Millət vəkili daha sonra Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Milli Məclisin üzvü Sevinc Hüseynova isə mərasimdəki çıxışında YAP rəhbərliyinin gənclərin siyasi fəallığının artırılması yönündə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənclərin bilik və bacarıqlarının artırılması üçün bu qəbildən olan tədbirlərin əhəmiyyətindən danışıb.
YAP Gənclər Birliyinin Ofisinin koordinatoru Elmar Məmmədov partiya rəhbərliyinin təşəbbüsü ilə baş tutan “Yaylaq düşərgəsi”nin önəmindən danışaraq, bu tədbirlərin müxtəlif bölgələrdən olan gənclərin bir-birini daha yaxından tanıması, onların arasında səmimi münasibətlərin yaradılması, onlarda vətənpərvərlik və liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Açılış mərasiminin sonunda isə yerli incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.
Daha sonra layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə iştirakçı gənclərə ətraflı məlumat verilib.
Həmin gün gecə gənclərin asudə vaxtlarının keçirilməsi məqsədilə ocaq başında əyləncə təşkil olunub, istedadlı gənclərin ifasında mahnılar dinlənilib, iştirakçılar tonqal başında rəqs ediblər, ardınca intellektual oyunlar keçirilib.
“Yaylaq düşərgəsi”nin növbəti günündə iştirakçılar əvvəlcə Koroğlu qalasına ekskursiya ediblər. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin və YAP Gənclər Birliyinin Ofisinin koordinatoru Elmar Məmmədovun rəhbərliyi ilə baş tutan ekskursiya zamanı gənclər xalqımızın tarixi abidələrindən olan bu qədim qala ilə tanış olub, orada Azərbaycan dövlətinin və YAP-ın bayraqlarını dalğalandırıblar.
Günün ikinci yarısında “Yaylaq düşərgəsi”nin iştirakçılarının qədim Azərbaycan torpağı olan Başkənd ərazisində yerləşən “N” saylı hərbi hissədə hərbçilərlə görüşü olub. Görüş zamanı gənclərin silah və hərbi texnika ilə tanışlığı və əsgərlərlə söhbəti təşkil olunub. Daha sonra gənc fəallar əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Bu zaman zabit heyəti onlara hərbi hissə haqqında məlumat verib. Eyni zamanda, hərbi hissənin rəhbərliyi və YAP-ın Gədəbəy rayon təşkilatının sədri R.Nağıyev gənc liderlərlə və əsgərlərlə vətənpərvərlik haqqında fikirlərini bölüşüb, hərbi xidmətdə olan gənclərə, hərbi xidmət keçmiş, habelə hələ hərbi xidmətdə olmayan gələcəyin əsgərlərinə öz tövsiyələrini veriblər.
Onu da qeyd edək ki, “Yaylaq düşərgəsi”nin iştirakçılarının Başkənd gölünə ekskursiyası da təşkil olunub, orada xatirə şəkli çəkdirilib.
Günün sonunda Miskinli yaylağında “Yaylaq düşərgəsi”nin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev düşərgədə iştirak edən yüksək potensiala malik olan gənclərin fəallığını qeyd edərək gələcəkdə onların Yeni Azərbaycan Partiyasının aparıcı qüvvəsi olacağına şübhə yeri qalmadığını bildirib. İ.Mustafayev gənc liderlərin bu müddət ərzində yeni dostlar qazandıqlarından əmin olduğunu da dilə gətirib və onlara gələcək ictimai və siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
“Yaylaq düşərgəsi”nin iştirakçıları adından çıxış edən gənclər də bu tədbirin təşkilinə görə YAP rəhbərliyinə, Gədəbəy RİH-in başçısına və YAP-ın Gədəbəy rayon təşkilatına öz təşəkkürlərini bildiriblər.
Bağlanış mərasiminin sonunda “Yaylaq düşərgəsi”nin iştirakçılarına Gədəbəy RİH adından hədiyyələr təqdim edilib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

