/ / YAP Mingəçevir şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib
YAP Mingəçevir şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib
13.09.2019 [09:39]
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncağı açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiyamızın təşkilatçılığı ilə həyata keçirilən mühüm layihələr barədə danışaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası aktual məsələlərlə bağlı mütəmadi olaraq layihələr reallaşdırır. Onun sözlərinə görə, Mingəçevir şəhərində də həyata keçirilən quruculuq işlərində partiya fəalları, o cümlədən ərazi ilk partiya təşkilatları fəal iştirak edirlər.
Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan C.Yusubov qeyd edib ki, partiyamız artıq seçki kampaniyasına hazırlıq işlərinə başlayıb. O, seçkilərdə ərazi ilk partiya təşkilatlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini İlham İsmayılov isə çıxışında partiyamızın Azərbaycanın və regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olduğunu diqqətə çatdıraraq partiyamızın ötən illərdə çox böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Vurğulayıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. “Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir”, - deyə İ.İsmayılov qeyd edib.
İ.İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında məsul vəzifələr qoyur. O, Mingəçevir şəhərində aparılan inkişaf və quruculuq işləri barədə məlumat verərək bütün bunları dövlətimizin başçısının siyasətinin uğurları kimi səciyyələndirib.
İ.İsmayılov bələdiyyə seçkiləri ərəfəsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib və onlara müvafiq tövsiyələr verib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

