Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

18.09.2019 [09:47]

Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Ağstafa rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara, qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq.
Rayon təşkilatının sədri həmçinin bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: “Azərbaycan gücləndikcə daxildəki “5-ci kolon” və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasına başlayırlar. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər”.
R.Tatarov bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.
Seminar-müşavirədə həmçinin bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30