Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirilib

YAP Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirilib

05.10.2019 [09:53]

Oktyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolu barədə danışıb. Vurğulayıb ki, partiyamızın fəaliyyəti Heydər Əliyev ideyalarına əsaslanır. Ümumiyyətlə, YAP uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Daha sonra Hikmət Şikarov cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirib. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcəyini vurğulayıb.
İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 740 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30