Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib

22.10.2019 [09:34]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov yığıncağın məsədi barədə məlumat verib, görülən işlərdən bəhs edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O bildirib ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və Azərbaycanın dünya dövlətləri arasında nüfuzu durmadan artır. Təmraz Tağıyev müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini söyləyib. O həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğunu deyib. T.Tağıyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir və Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır, onun ətrafında sıx birləşdiyini nümayiş etdirir. T.Tağıyev ölkəmizdə həyata keçirilən uğurlu siyasətin ərazi ilk partiya təşkilatının üzvləri tərəfindən insanlar arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.
Tədbirdə həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Əşrəf Quliyev və idarənin arxiv müdiri Qəhrəman Məmmədov çıxış ediblər.

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30