Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatında bələdiyyələrə irəli sürülmüş namizədlərlə görüş keçirilib

YAP Gəncə şəhər təşkilatında bələdiyyələrə irəli sürülmüş namizədlərlə görüş keçirilib

05.11.2019 [09:30]

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə bələdiyyələrinə irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Görüşü YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev açaraq, xalqın gücünə, iradəsinə və dəstəyinə arxalanan hakim partiyanın daha bir məsul kampaniyaya - 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə mütəşəkkil hazırlaşdığını qeyd edib.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə çıxış edərək, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətini vurğulayıb.
Tədbirdə ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışılıb, seçkilərin şəffaf və demokratik keçməsi üçün qarşıda duran vəzifələr müzakirə edilib.
Sonda namizədlərə imza vərəqələri və “Namizədlər üçün yaddaş” kitabcası paylanıb.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30