/ / Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16.11.2019 [09:53]
70 yaşı tamam olan YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovla yubiley söhbəti
Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovun 70 yaşı tamam oldu. Yubiley ərəfəsində onunla söhbətləşib həm ömür yoluna nəzər saldıq, həm də rəhbərlik etdiyi YAP Tovuz rayon təşkilatının fəaliyyəti, rayonun ictimai-siyasi həyatında partiyamızın üzvlərinin iştirakı, həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat aldıq.
Qeyd edək ki, 12 noyabr 1949-cu ildə Tovuz rayonunda anadan olan Məzahir Bayramov 1966-cı ildə rayonun Xatınlı kənd orta məktəbini, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra bir müddət istehsalatda mühəndis kimi çalışan yubilyar 1977-1985-ci illərdə Tovuz rayon keçmiş partiya komitəsində təlimatçı, daha sonra təşkilat şöbəsinin müdiri, 1986-1991-ci illərdə isə rayon XDS icraiyyə komitəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. Azərbaycan müstəqillik qazandıqdan sonra da rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Məzahir Bayramov rayon İcra Hakimiyyəti başçısının müavini və birinci müavini vəzifələrində işləyib.
YAP Tovuz rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal rol oynayır
70 yaşlı yubilyar ömrünün əhəmiyyətli bir hissəsini siyasi fəaliyyətə həsr edib. Belə ki, o, bu illərdə siyasi sahədə də uğurla fəaliyyət göstərərək YAP-ın Tovuz rayon təşkilatının yaranmasında aktiv iştirak edib. 1992-ci ildə Tovuz rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaradılması üzrə təşkilat komitəsinin üzvü olan M.Bayramov rayon təşkilatının ilk üzvlərindən biridir. O, YAP-ın Tovuz rayonunda təşkil etdiyi tədbirlərə, rayon ictimaiyyətinin partiyanın fəaliyyətinə aktiv cəlb edilməsinə, eyni zamanda, rayonda partiyanın ideoloji işinin uğurlu təşkil olunmasına özünəməxsus töhfələr verib. Uzun müddət YAP Tovuz rayon təşkilatında aparat rəhbəri kimi çalışan Məzahir Bayramov 2009-cu ildən rayon təşkilatının sədri vəzifəsində fəaliyyət göstərir. Bu dövrdə təşkilatın həyatında, inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli işlər görülüb. Bu gün 98 ilk partiya təşkilatını özündə birləşdirən YAP Tovuz rayon təşkilatının 8087 nəfər üzvü var ki, onların 2542 nəfəri gənclər, 3931 nəfəri isə qadınlardır. Məzahir Bayramovun sözlərinə görə, YAP Tovuz rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal rol oynayır. O qeyd edib ki, ölkəmizin bütün digər şəhər və rayonlarında olduğu kimi, Tovuzda da rayon sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır.
Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük və şərəfli inkişaf yolu keçib
Məlum olduğu kimi, noyabr ayının 21-i Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümüdür. Məzahir Bayramov deyir ki, 1992-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük və şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan siyasi palitrasının əsas güc mərkəzidir: “Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə ölkəmizin tarixində yeni dövr başladı. Ötən dövrdə şərəfli yol keçən Yeni Azərbaycan Partiyası hazırda öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.
YAP Tovuz rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də böyük uğurlara imza atan YAP Azərbaycanın siyasi palitrasının lokomotivi, xalqın maraqlarını qoruyan siyasi qüvvədir: “Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab Prezidentimiz İlham Əliyev həm də dünya azərbaycanlılarının lideridir”.
Tovuzda bələdiyyələr uğurlu fəaliyyət göstərir
Məzahir Bayramovun ən çox fəaliyyət göstərdiyi sahələrdən biri də bələdiyyələrdir. Ölkəmizdə yeni yarandığı gündən bələdiyyələrin fəaliyyətində aktiv iştirak edən M.Bayramov həm üzv, 2007-ci ildən indiyədək isə Tovuz bələdiyyəsinin sədri kimi rayonda bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə və inkişafına töhfələr verib. O bildirir ki, bələdiyyə institutları Azərbaycanda nisbətən gənc qurumlar olsa da ötən illər ərzində zəngin təcrübə toplaya və özünü təsdiq edə bilib. Tovuz rayonunda mövcud olan bələdiyyələr rayonun sosial-iqtisadi həyatında fəal iştirak edir, əhalinin müəyyən qayğılarının həllinə dəstək verir. Məzahir Bayramov qarşıdakı dövrlərdə bu institutların ölkəmizin həyatında daha fəal rol oynayacağına, öz üzərinə düşən vəzifələrin öhdəsindən daha layiqli şəkildə gələcəyinə əminliyini ifadə edir.
Yeri gəlmişkən, qarşıdan bələdiyyə seçkiləri gəlir və Məzahir Bayramovun rəhbərlik etdiyi YAP Tovuz rayon təşkilatı da bu seçkilərə ciddi hazırlaşıb. Partiya rəhbərliyinin müəyyənləşdirdiyi vəzifələrə, İcra Katibliyi tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq YAP Tovuz rayon təşkilatı fəaliyyətini uğurla qurub və hazırda rayon təşkilatı qarşısında duran ilk vəzifə bələdiyyə seçkilərində YAP-ın növbəti möhtəşəm qələbəsinə nail olmaqdır. Onun sözlərinə görə, rayonda 41 bələdiyyədə 377 nəfər bələdiyyə üzvü yeri var: “YAP bütün bu yerlər uğrunda mübarizə aparır və hər bir bələdiyyə üzvü yerinə öz namizədini irəli sürüb. 104 saylı Gədəbəy-Tovuz dairəsi üzrə 155 nəfər, 105 saylı Tovuz dairəsi üzrə 156 nəfər, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi üzrə 66 nəfər bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Seçki Məcəlləsinə uyğun olaraq bütün prosedurlar vaxtında icra olunub, imzatoplama kampaniyasını uğurla başa vurmuşuq. Təqvim planına və Proqrama uyğun olaraq növbəti prosedurlar həyata keçiriləcək”.
Məzahir Bayramov özü isə bu seçkilərdə namizəd olmayacaq. Çünki rayonda, o cümlədən YAP Tovuz rayon təşkilatının ətrafında birləşən kifayət qədər bacarıqlı, intellektual gənclər var və sədr onların bələdiyyələrdə fəaliyyət göstərməsinin daha düzgün olacağını düşünür. “Gənclərə yol vermək, onlara dəstək göstərmək hər birimizin borcudur”, - deyə M.Bayramov bildirib.
Qeyd edək ki, Məzahir Bayramov uğurlu siyasi-ictimai fəaliyyəti ilə yanaşı, həm də Tovuz ictimaiyyətinin hörmətini qazanmış, rayonun həyatında, ictimai tədbirlərdə öz fəallığı ilə seçilən ağsaqqallardan biridir. Təsadüfi deyil ki, onu tanıyan böyükdən-kiçiyə hər kəs Məzahir müəllimə rəğbət bəsləyir, ona hörmətlə yanaşır. Yubilyarın özü isə insanlarla belə xoş ünsiyyəti bu sözlərlə ifadə edir: “Uzun illər rayonda ən müxtəlif vəzifələrdə çalışmaq həm insanları tanımaq, onlarla bir yerdə olmaq, həm də geniş ünsiyyət imkanı yaradır. Rayon mühiti elədir ki, daim bir yerdə oluruq, xeyir-şər işlərində görüşürük, imkan daxilində bir-birimizə dəstək olmağa çalışırıq. Təbii ki, bu da bir-birimizə olan xoş münasibəti formalaşdırır”.
P.S. Biz də “Yeni Azərbaycan” qəzeti olaraq Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, işlərində uğurlar arzulayırıq.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

