Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın yaranmasının 27-ci ildönümü münasibətilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində tədbir keçirilib

YAP-ın yaranmasının 27-ci ildönümü münasibətilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində tədbir keçirilib

21.11.2019 [09:48]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü münasibətilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində tədbir keçirilib. YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə açan Laçın rayon İcra Hakimiyyəti başçısının müavini - Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Bildirilib ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi.
Eyni zamanda, bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, son 16 ildə ölkəmizdə bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup laçınlı gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30