Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tovuzda YAP-ın yaranmasının 27-ci ildönümü qeyd edilib

Tovuzda YAP-ın yaranmasının 27-ci ildönümü qeyd edilib

22.11.2019 [09:57]

Tovuzda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü qeyd edilib. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd edib ki, ölkəmizin qazandığı möhtəşəm nailiyyətlərdə Ulu Öndərimizin yaratdığı və bizlərə əmanət etdiyi Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var: “Bu gün Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyası artıq inam partiyasına çevrilib. YAP öz lideri, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan quruculuğu işində, ölkədə islahatların yeni mərhələsinin həyata keçirilməsində əzmkarlıqla fəaliyyət göstərir”.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası özündən əvvəl yaranmış siyasi partiyalardan fərqli olaraq xalqın istəyi və sifarişi ilə yaranmış bir partiyadır: “Yeni Azərbaycan Partiyasının yaranmasını xarakterizə edən iki fundamental amildən biri xalq, ikincisi isə Heydər Əliyevin timsalında şəxsiyyət amilidir. Bu gün də xalq-lider-partiya birliyi böyük güclə ölkəmizin yüksəlişinə, tərəqqisinə və vətəndaşlarımızın rifahına xidmət edir”.
Tədbirdə partiya veteranı, partiyanın rayon təşkilatının yaradılması üzrə təşkilat komitəsinin üzvü Niftalı Qasımov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Gənclər Birliyi Şurasının üzvü Elşad Namazlı çıxış edərək partiyamızın yaranması tarixindən, onun meydana gəlməsi zərurətindən danışıblar.
Sonda bir qrup gəncə yeni üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 798 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30