/ / YAP İcra Katibliyində “Nəsimi İli” çərçivəsində gənc rəssamların əsərlərinin sərgisi təşkil olunub
YAP İcra Katibliyində “Nəsimi İli” çərçivəsində gənc rəssamların əsərlərinin sərgisi təşkil olunub
28.11.2019 [09:50]
Siyavuş Novruzov: Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi böyük təntənə ilə qeyd olunur və “Nəsimi İli”nin elan olunması da görkəmli şairə, onun yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir
Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Nəsimi İli” çərçivəsində gənc rəssamların əsərlərinin sərgisi təşkil olunub. Sərginin açılış mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan olunub və bu il çərçivəsində müxtəlif tədbirlər keçirilib. Onun sözlərinə görə, bu il Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi böyük təntənə ilə qeyd olunur və “Nəsimi İli”nin elan olunması da görkəmli şairə, onun yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir.
S.Novruzov qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıcı insanlara dövlətin diqqət və qayğısının əsası qoyulub. Belə ki, Ulu Öndərimiz həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən yaradıcı insanların əməyini hər zaman qiymətləndirib, onların yubileyləri qeyd olunub, dövlət mükafatları ilə təltif olunublar. Bu baxımdan, hələ sovetlər hakimiyyəti dövründə də Nəsiminin yubileyi yüksək səviyyədə qeyd olunub. Müstəqillik dövründə isə bu proses daha geniş miqyas alıb.
YAP İcra katibinin müavini söyləyib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin yaradıcı insanları dövlətimizin qayğısını hər zaman hiss edirlər. Onun sözlərinə görə, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. S.Novruzov deyib ki, Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin qorunması, inkişafı və dünyada təbliğ olunması ilə bağlı xidmətləri əvəzolunmazdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmçinin ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin qorunması, təmiri və bərpasını həyata keçirməkdədir.
Bu gün təşkil olunan sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərinin təqdim olunduğunu deyən natiq söyləyib ki, akademiyanın rektoru, görkəmli heykəltəraş Ömər Eldarov Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr verib. Hazırda akademiyanın tələbələri də onun yolunu davam etdirirlər.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov təşkil olunan bu sərginin əhəmiyyətini vurğulayıb. Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə Ulu Öndər Heydər Əliyevin qayğısından danışan Ö.Eldarov deyib ki, Ulu Öndərimiz yaradıcı insanların böyük hamisi idi. “Sevindirici haldır ki, Prezidentimiz İlham Əliyev Heydər Əliyev yolunu layiqincə davam etdirir”, - deyən akademik respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki xidmətlərindən də geniş bəhs edib.
Ö.Eldarov bildirib ki, Nəsimi yaradıcılığında mübarizlik, vətənpərvərlik və ədalət başlıca yer tutur. “Biz Nəsimi yaradıcılığını dərindən öyrənməli və sevməliyik”, - deyən akademik diqqətə çatdırıb ki, bu sərgidə gənclərin təqdim etdiyi əsərlərdə Nəsimi ruhu, onun mübarizliyi öz əksini tapır.
Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyət planı təsdiq olunub. Bu sərginin təşkil olunması birgə fəaliyyət planının tərkib hissəsi hesab oluna bilər.
V.Əliyev qeyd edib ki, “Nəsimi İli” çərçivəsində bir çox tədbirlər keçirilib. Bu tədbirlər həm ölkəmizdə, həm də xaricdə təşkil olunub. Onun sözlərinə görə, bütün bunlar Nəsimi yaradıcılığına verilən önəmin ifadəsidir. V.Əliyev deyib ki, gənc rəssamların əsərləri də böyük mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına olan ehtiramın ifadəsidir.
Daha sonra sərgidə əsərləri təqdim olunan gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

