YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
14.12.2019 [09:14]
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bu il ilk dəfə səs verəcək olan gəncləri təbrik edərək qeyd edib ki, hər bir müasir demokratik dövlətin siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən seçkilərdə ilk dəfə iştirak etmək və öz siyasi iradəsini nümayiş etdirmək imkanı əldə etmək hər bir gəncin həyatında unudulmaz tarixi hadisədir.
Ş.Hacıyev gəncləri Azərbaycanı gələcəkdə daha böyük uğurlara aparacaq Ulu Öndər Heydər Əliyev yolunu, möhtərəm Prezidentimizin uğurlu siyasətini davam etdirməyə, Liderimiz ətrafında sıx birləşməyə, seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı olması üçün 23 dekabr tarixində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran YAP Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb və qeyd edib ki, bu gün gənclərə böyük etimad göstərilir. Vurğulanıb ki, ölkəmizdə bələdiyyə institutunun inkişafında və bu sahədə görülən işlərdə gənclərin böyük rolu vardır.
Görüşdə Bibiheybət bələdiyyəsi üzvlüyünə namizədlər - Elmar Məmmədov, Nərgiz Ələkbərova, Rəşad Sadıqov, Nəcəf Mustafayev, Səbail bələdiyyəsi üzvlüyünə namizədlər - Səmədağa Aslanov, Nihad Allahyarlı, Cavid Yusubov, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Fidan Abbasova və Qərbi Kaspi Universitetinin I kurs tələbəsi Elnur Məhəmmədli çıxış ediblər. Bütün natiqlər əminliklərini ifadə ediblər ki, Yeni Azərbaycan Partiyası indiyədək bütün seçkilərdə olduğu kimi bu bələdiyyə seçkilərində də növbəti möhtəşəm qələbəsini qazanacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37

