Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qazax seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər

Qazax seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər

17.12.2019 [09:38]

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP Qazax rayon təşkilatı Seçki Qərargahının üzvləri rayonun Fərəhli və Dəmirçilər kəndlərində seçicilərlə görüşlər keçiriblər. Tədbirlərdə YAP Qazax rayon təşkilatı Seçki Qərargahının üzvləri Barat Alıyev, İsgəndər Qurbanov, Polad Ağakişiyev və Fərhad Qocamanov iştirak ediblər.
Görüşlərdə çıxış edən natiqlər yerli özünüidarə strukturu olan bələdiyyələrin inkişaf mərhələsini yaşadığını diqqətə çatdırıblar. Vurğulanıb ki, sıralarında yüzminlərlə insanı birləşdirən YAP bütün seçkilərdə xalqın böyük dəstəyini qazanıb. Çıxışlarda Qazax seçicilərinin hər zaman dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını dəstəklədikləri bildirilib.
Daha sonra çıxış edən seçicilər qarşıdan gələn bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini qeyd ediblər. Tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30