Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qazax rayonunun Qazaxbəyli və Bala Çaylı kəndlərində seçicilərlə görüş keçirilib

Qazax rayonunun Qazaxbəyli və Bala Çaylı kəndlərində seçicilərlə görüş keçirilib

18.12.2019 [09:33]

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Qazax rayonunun Qazaxbəyli və Bala Çaylı kəndlərində seçicilərlə görüş keçirilib. Görüşlərdə Yeni Azərbaycan Partiyasının (YAP) Qazax rayon təşkilatı təbliğat qrupunun üzvləri Polad Ağakişiyev, İsgəndər Qurbanov, Fərhad Qocamanov, Ədalət Hüseynov seçicilər qarşısında çıxış edərək bildiriblər ki, ötən 5 ildə respublikamızda, eləcə də Qazax rayonunda bələdiyyələrin fəaliyyəti qənaətbəxş sayıla bilər. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə öz namizədlərini irəli sürüb. Sıralarında yüzminlərlə insanı birləşdirən YAP bütün seçkilərdə xalqın böyük dəstəyini qazanıb. Qazax seçicilərinin hər zaman dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını dəstəklədiyi bildirilib. Qeyd edilib ki, YAP tərəfindən Orta Salahlı - Qazaxbəyli bələdiyyəsi üzvlüyünə 9 nəfər, Çaylı - Bala Çaylı bələdiyyəsi üzvlüyünə 11 nəfər namizəd irəli sürülüb. Natiqlər seçiciləri YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləməyə çağırıblar.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30