Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtər rayonunda bələdiyyə seçkilərinin təbliğat kampaniyası uğurla davam edir

Tərtər rayonunda bələdiyyə seçkilərinin təbliğat kampaniyası uğurla davam edir

19.12.2019 [09:42]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi tərəfindən bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər bələdiyyəsinə YAP tərəfindən namizədlikləri irəli sürülmüş şəxslər və seçicilərlə görüş-mitinq keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən 20 il ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. R.Şabanov dekabrın 23-də bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Kərrar Bayramov, Reyhan İsmayılova, bələdiyyə üzvlüyünə namizədlərdən Tünzalə Vəlizadə, Pərvanə Xuduyeva, Fərid Nemətzadə və Orxan Tanrıverdizadə də çıxış edərək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verilməsi barədə çağırışlar ediblər.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31