Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Vüqar İskəndərov görüşlərə başlayıb

Deputatlığa namizəd Vüqar İskəndərov görüşlərə başlayıb

18.01.2020 [14:58]

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İskəndərov Vüqar Yapon oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə ilk görüşü keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələrinin, müxtəlif yaş təbəqələrindən olan insanların iştirak etdiyi görüşü giriş sözü ilə açan seçki qərargahının sədri Kamil Məmmədov namizəd Vüqar İskəndərovun tərcümeyi-halı və həyat fəaliyyəti ilə bağlı seçicilərə ətraflı məlumat verib.
Sonra çıxış edən YAP-ın seçki qərargahının təbliğatçıları Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövr ərzində ölkənin inkişafında oynadığı rol barədə danışıblar. Natiqlər eyni zamanda həm ölkəmizdə, həm də Şəki şəhərində dövlət proqramlarının icrası ilə bağlı uğurlu nəticələrin əldə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, YAP Sədri, ölkə Prezidenti cənab İlham Əliyev son illərdə dərin islahatlar kursuna start verib. Bu da ölkə əhalisi tərəfindən çox böyük rəğbətlə qarşılanır.
Çıxış edən natiqlər şəkili seçiciləri 113 saylı seçki dairəsindən YAP-ın namizədi Vüqar İskəndərovu dəstəkləməyə çağırıblar.
Sonda deputatlığa namizəd Vüqar İskəndərov “Daha güclü Azərbaycan naminə!” devizi altında başlanan seçki kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının təqdim etdiyi “Azərbaycanın daha da inkışafı üçün 10 addım” paketi haqqında, ölkə rəhbərinin həm daxili, həm xarici siyasətdəki uğurları, həmçinin Şəki şəhəri ilə bağlı vacib olan məsələlər barədə geniş məlumat verib. O, hamını 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.
Tədbirin sonunda deputatlığa namizəd sualları cavablandırıb.

Paylaş:
Baxılıb: 1080 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30