Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov Yuxarı Qoyunbinəsi kəndində görüşlər keçirib

YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov Yuxarı Qoyunbinəsi kəndində görüşlər keçirib

25.01.2020 [10:32]

48 saylı Yevlax seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov İlham Kazım oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Belə ki, YAP-ın namizədi həm qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan yerlərdə ümumi toplantılar keçirir, həm də məhəlli görüşlərində iştirak edir, seçicilərin evlərinə gedib onlarla səmimi söhbətlər aparır.
Bu istiqamətdə növbəti görüş rayonun Qoyunbinəsi kənd sakinləri ilə olub. Kənd sakinləri ilə söhbətində İlham Məmmədov Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük işlər, Yevlax rayonu üçün nəzərdə tutulan mühüm layihələr barədə danışıb, rayonun daha da inkişafı istiqamətində işlərin bundan sonra da davam edəcəyini deyib.
Kənd sakinləri isə İlham Məmmədovun onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq, yenidən ona səs verəcəklərini deyiblər.
Sonra İlham Məmmədov kənd sakinləri Leyla Əzizlinin, Əsgər Hüseynovun, Minə Musayevanın, şəhid Samir Bəşirovun anası Zeynəb xanımın və şəhid Azad Quliyevin oğlunun evlərinə baş çəkərək, onların problem və qayğıları ilə yaxından maraqlanıb.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30