Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə növbəti görüşü keçirilib

Deputatlığa namizəd Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə növbəti görüşü keçirilib

28.01.2020 [10:03]

Yeni Azərbaycan Partiyasının (YAP) 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadənin Mingəçevir şəhərində A.Şaiq küçəsi 5 ünvanında seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 9 fevral parlament seçkilərinin əhəmiyyəti haqqında danışıb. Daha sonra o, deputatlığa namizəd Aydın Mirzəzadənin fəaliyyəti haqqında məlumat verib. Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Aydın Mirzəzadə bildirib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.
A.Mirzəzadə seçiciləri fevralın 9-da fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30