Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi uğurla fəaliyyət göstərir

YAP Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi uğurla fəaliyyət göstərir

31.01.2020 [10:03]

Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin növbəti iclası keçirilib. Partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək qərargahın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, qərargah 2 dairə üzrə - 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binədəqi-Yasamal seçki dairələri üzrə fəaliyyət göstərir. YAP tərəfindən hər iki dairə üzrə namizədlikləri irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində bütün qəsəbələrdə, məhəllə və evlərdə seçicilərlə görüşlər keçirilib və proses davam edir. Partiyanın seçki patforması ilə bağlı hazırlanan bülletenlər seçicilərə çatdırılır. Nəzarətçilər və müşahidəçilərlə bağlı mütəmadi görüşlər keçirilir və seçki proseduru haqda onlara məlumatlar verilir.
YAP-ın namizədlərinin seçicilərlə görüşünə toxunan rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, təbliğat-təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən başlanılıb. Seçicilərlə qəsəbələrdə, məhəllə və evlərdə keçiriləcək görüşlərin vaxtı və yeri barədə əvvəlcədən məlumat-cədvəl hazırlanıb və buna ciddi əməl olunur. Bu səbəbdən də partiyanın 2 dairə üçün irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri müntəzəm keçirilir.
Qərargahın fəaliyyəti videoçarx vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb və növbəti mərhələ üçün nəzərdə tutulan bütün məsələlərə aydınlıq gətirilib.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30