Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın deputatlığa namizədi Səbail rayonunda şəhid ailəsini evində ziyarət edib

YAP-ın deputatlığa namizədi Səbail rayonunda şəhid ailəsini evində ziyarət edib

01.02.2020 [11:06]

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aytən Hüseynova dünən Badamdar qəsəbəsində şəhid Mirzəməmmədov Məmməd Məhbub oğlunun ailəsini evində ziyarət edib, şəhidin həyat yoldaşı və ailə üzvləri ilə görüşüb.
Ağsu rayonunun İkinci Aratkənd kəndindən olan Mirzəməmmədov Məmməd Məhbuboğlu könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, 24 aprel 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.
Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların arzu və istəklərini dinləyib. A.Hüseynova qeyd edib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli ölkə başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Aytən Hüseynova həmçinin seçki platforması haqqında məlumat verib və Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də inamlı qələbə qazanacağına dair əminliyini bildirib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30