Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd İlham Məmmədovun növbəti görüşü Qaramanlı, Nəmərli, Köyük, Dəlləklər kəndlərinin seçiciləri ilə olub

Deputatlığa namizəd İlham Məmmədovun növbəti görüşü Qaramanlı, Nəmərli, Köyük, Dəlləklər kəndlərinin seçiciləri ilə olub

02.02.2020 [09:50]

48 saylı Yevlax seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İlham Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir. Növbəti görüş rayonun Qaramanlı kəndində Qaramanlı, Nəmərli, Köyük, Dəlləklər kəndinin seçiciləri ilə olub.
Görüşü giriş sözü ilə açan seçki qərargahının sədri Vaqif Əliyev deputatlığa namizəd haqqında məlumat verib. O qeyd edib ki, ötən müddət ərzində Milli Məclisin üzvü kimi İlham Məmmədov seçicilərin etimadını layiqincə doğruldub.
Sonra çıxış edən İlham Məmmədov bütün ölkədə, eləcə də Yevlaxda dövlət tərəfindən həyata keçirilən işlər barədə məlumat verərək, qazanılan uğurların cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin səmərəli bəhrəsi olduğunu vurğulayıb.
Deputatlığa namizəd deyib ki, yevlaxlılar yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə təmsil edəcək.
Çıxış edən kənd sakinləri bildiriblər ki, “Biz artıq öz seçimimizi etmişik. 9 fevralda səs verəcəyimiz yeganə namizəd ötən illər ərzində yüksək kürsülərdə səsimiz olan İlham Məmmədovdur”.
Görüş səmimi diskussiya şəraitində davam edib.

Paylaş:
Baxılıb: 834 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30