Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 113 saylı Şəki şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Vüqar İskəndərov seçicilərlə görüşlərini davam etdirir

113 saylı Şəki şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Vüqar İskəndərov seçicilərlə görüşlərini davam etdirir

02.02.2020 [09:55]

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İskəndərov Vüqar Yapon oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Belə ki, YAP-ın namizədi həm qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan yerlərdə ümumi toplantılar keçirir, həm də məhəlli görüşlərində iştirak edir, seçicilərin evlərinə gedib onlarla səmimi söhbətlər aparır.
Bu dəfə namizəd Şəkinin tarixi hissəsində yaşayan sakinlərlə görüşüb. Vüqar İskəndərov Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətindən söhbət açıb. Bu uğurun həm ölkə başçısı, YAP Sədri İlham Əliyevin, həm də birinci xanım Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri sayəsində mümkün olduğu vurğulanıb.
Seçicilər isə belə bir tarixi məkanın sakinləri olduqları üçün fəxr etdiklərini dilə gətiriblər. Həmçinin seçicilər fevralın 9-da Vüqar İskəndərova səs verəcəklərini bildiriblər.
Daha sonra bəzi sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini namizədə ünvanlayıblar.

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30